Qanunvericilik - 3

Quiz
•
Other
•
Professional Development
•
Hard
Rufat Amirov
Used 2+ times
FREE Resource
16 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
"Dövlət qulluqçuları haqqında" Azərbaycan Respublikasının qanununa əsasən aşağıdakılardan hansıları etik davranış qaydalarına əməl olunmasına dövlət orqanlarının rəhbəri tərəfindən nəzarətin həyata keçirilməsinə aiddir?
1. Tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır. 2. Öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi gözlənilməlidir. 3. Daxil olan şikayət və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verməlidir. 4. Dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görməlidir. 5. Daxil olmuş materiallarda hüquqpozmanın əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərməlidir. 6. Etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir.
1,2,6
3,4,5
1,4,6
2,3,5
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
"Dövlət qulluqçularının etik davranışı haqqında" Azərbaycan Respublikasının qanununa əsasən məlumatlardan istifadə ilə bağlı düzgün deyil:
Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları tələb etdiyi halda istifadə edə bilər.
Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması mümkünlüyünü təmin etməlidir.
Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada yayılması mümkünlüyünü təmin etməlidir.
Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
"Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən hansı ölkənin bayrağını, nəyə əsasən qaldırmalıdır?
yalnız öz ölkəsinin bayrağını
yalnız beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağını
öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağını
beynəlxalq dəniz adətlərinə uyğun olaraq bayraq qaldırmamalıdır
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən düzgün deyil:
Dövlət ekoloji tarazlığın saxlanılmasına təminat verir.
Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
Ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplanılmasına yalnız səlahiyyətli orqanın razılığı əsasında icazə verilir.
Heç kəs ətraf mühitə qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə yarada və ya zərər vura bilməz.
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
"Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a əsasən sənədin razılaşdırılması tələb olunur:
sənəd təşkilat daxili məsələlər üçün nəzərdə tutulduqda
sənədin yaradılmasında digər sənəd əsas olduqda
sənəddə dövlət sirrinə aid məlumatlar olduqda
sənədin məqsədəuyğunluğunu və ya əsaslılığını qiymətləndirmək zəruri olduqda
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
Göstərilən ardıcıllığa uyğun gələn cavab variantını tapın:
2-ci kateqoriya dövlət orqanı -- beşinci təsnifat inzibati vəzifə
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparatında şöbə müdirinin müavini
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatında baş məsləhətçi
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında şöbə müdiri
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mütəxəssisi
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vəzifəli şəxslərin qanunvericiliklə verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız şəkildə imtina etməsi, belə məlumatların verilməsini gecikdirməsi və yaxud natamam və ya təhrif olunmuş məlumatlar verməsi:
korrupsiya ilə əlaqədar hüquqpozma deyil.
korrupsiyaya şərait yaradan hüquqpozma deyil.
korrupsiyaya şərait yaradan hüquqpozmadır.
(bilavasitə) korrupsiya hüquqpozmasıdır.
Create a free account and access millions of resources
Similar Resources on Wayground
Popular Resources on Wayground
10 questions
Video Games

Quiz
•
6th - 12th Grade
10 questions
Lab Safety Procedures and Guidelines

Interactive video
•
6th - 10th Grade
25 questions
Multiplication Facts

Quiz
•
5th Grade
10 questions
UPDATED FOREST Kindness 9-22

Lesson
•
9th - 12th Grade
22 questions
Adding Integers

Quiz
•
6th Grade
15 questions
Subtracting Integers

Quiz
•
7th Grade
20 questions
US Constitution Quiz

Quiz
•
11th Grade
10 questions
Exploring Digital Citizenship Essentials

Interactive video
•
6th - 10th Grade