Təfəkkürün növləri - 20 test

Təfəkkürün növləri - 20 test

20 Qs

quiz-placeholder

Similar activities

11-ci sinif İnformatika: Şəbəkə Texnologiyaları Qiymətləndirmə Sınavı

11-ci sinif İnformatika: Şəbəkə Texnologiyaları Qiymətləndirmə Sınavı

KG - University

20 Qs

Təfəkkürün növləri - 20 test

Təfəkkürün növləri - 20 test

Assessment

Quiz

others

Hard

Created by

SCİENCE İNTELLECT

Used 1+ times

FREE Resource

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

1. Şagirdlərdə müşahidə etmək bacarığının formalaşdırılması ilə bağlı doğru fikir hansıdır?
A) Müşahidə nəticəsində əldə edilən arqumentlərin uyğunluğunu təhlil etmək
B) Diskusiyalar və debatlar aparılan zaman iştirak etmək
C) Müxtəlif insanların fəaliyyətinə baxmaq, həmçinin analoji fəaliyyətlə məşğul olan insanların təcrübələrini izləmək
D) Bu fəaliyyət şagirdlərə uğursuzluqların gözlənilən olduğunu, bu zaman bacarığı inkişaf etdirmək üçün işi dayandırmamaq, əksinə həll yolunu tapanadək çalışmaq
E) Bu bacarığı inkişaf etdirmək üçün sinifdə fərqli mövzularda diskusiyalar və debatlar təşkil etmək

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

Media Image
2. Cədvəli tamamlayın.
A) 1–sistemli düşünmək, 2–induktiv düşünmə, 3–analoji düşünmə
B) 1–qeyri-verbal düşünmə, 2–deduktiv düşünmə, 3–analoji düşünmə
C) 1–verbal düşünmə, 2–induktiv düşünmə, 3–özünü bənzətmə
D) 1–qeyri-verbal düşünmə, 2–deduktiv düşünmə, 3–həddən artıq ümumiləşdirmə
E) 1–ardıcıl düşünmə, 2–verbal düşünmə, 3–induktiv düşünmə

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

3. “Məktəbimizin şagirdlərindən biri Beynəlxalq Təhsil Sərgisində sahibkarlıq ideyalarını əks etdirən layihə ilə iştirak etdi. Onun bu layihəsi böyük marağa səbəb oldu”. Verilmiş situasiya şagirdə hansı təfəkkür növünün inkişafına xidmət edir?
A) tənqidi təfəkkür
B) analitik düşüncə
C) yaradıcı təfəkkür
D) məntiqi təfəkkür
E) abstrakt düşüncə

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

4. Şagirdlər komanda şəklində layihə üzərində çalışırlar. Onlar layihənin vacib bir mərhələsində gözlənilməz çətinliklə qarşılaşırlar, tez bir zamanda həll yolunun tapılması vacibdir. Şagirdlər tərəfindən atılan hansı addım onların problem həll etmə bacarığına malik olduğunu göstərir?
A) Komandaya rəhbərlik edən şagird qrup üzvlərindən kiminsə problemi həll etməsi üçün fəaliyyətə keçməsini gözləyir.
B) Müəllim yaranmış problemin həlli ilə bağlı tapşırığı texniki təcrübəsi ilə tanınan şagirdlərdən birinə həvalə edir.
C) Şagirdlər yaranmış problemin aradan qaldırılması məqsədi ilə bütün komanda üzvlərinin iştirakı ilə müzakirə təşkil edir.
D) Müəllim yaranmış halı təhlil edir, qarşıya çıxan çətinliyin mümkün səbəblərini müəyyənləşdirib şagirdləri istiqamətləndirir.
E) Şagirdlər düşündükləri çətin vəziyyətdən çıxmaq üçün təklif edirlər ki, hər kəs problemi fərdi şəkildə həll etsin.

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

5. Verilən fəaliyyətlərdən biri şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmağa xidmət etmir?
A) Diskusiyalar, dilemmlar üzərindən müzakirələrin təşkil edilməsi.
B) Problemi situasiya təqdim etməklə ən səmərəli həll yolunun seçilməsini tapşırmaq.
C) Şagirdlərin öz aralarında müzakirə apararaq əsas məsələyə münasibət bildirməsi.
D) Diskussiya zamanı diqqetlilik, eşitdiklərini dəqiq təkrarlamaq bacarığının formalaşdırılması.
E) Debatlarda qarşı tərəfin nitqinin dəyərləndirilməsi.

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

Media Image
6. Klasteri tamamlayın.
A) İnformasiyada dəqiqliyə baxırlar.
B) Mürəkkəb tam bir tapşırığın ayrı-ayrı hissələrini düzgün ardıcıl qaydada işləyirlər.
C) Dəlillərə əsaslanaraq öz mövqelərini formalaşdırır.
D) Risk almaq, problemin həllində çeviklik bu cür təfəkkürə sahib insanların xüsusiyyətidir.
E) Oxuduqlarından ümumiləşdirərək əsaslı bir nəticə çıxarırlar.

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

7. Müəllim şagirdlərə sual ünvanlayır: “Təsəvvür edin ki, ailənin maliyyəsini idarə etməyə cavabdehsiniz. Gözlənilməz tibbi xərclər büdcənizə təsir edir və maliyyə sabitliyinizi təmin etmək üçün bəzi qərarlar qəbul etməlisiniz. Bütün zəruri xərcləri nəzərə almaq lazımdır”. Verilmiş situasiyada müəllimin məqsədi şagirdlərdə daha çox hansı təfəkkürü formalaşdırmaqdır?
A) məntiqi
B) yaradıcı
C) tənqidi
D) analoji
E) sistemli

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?