TAİM - Dövlət sandartlari - 80 test

TAİM - Dövlət sandartlari - 80 test

Assessment

Quiz

others

Hard

Created by

Araz Elemov

FREE Resource

Student preview

quiz-placeholder

80 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

🛑 1. “Dərs zamanı müəllim şagirdləri kimyəvi təcrübə aparmaq üçün laboratoriyaya aparır. Lakin heç bir təhlükəsizlik tədbiri görmür”. Bu hal dərsdə ümumi pedaqoji tələblərdən hansının pozulduğunu göstərir?
🟢 A) Şagirdyönümlülük
🟢 B) İnkişafyönümlülük
🟢 C) Fəaliyyətin stimullaşdırılması
🟢 D) Dəstəkləyici mühitin yaradılması
🟢 E) Təhsildə bərabər imkanların yaradılması

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

🛑 2. “Müəllimin təşkil etdiyi nümunəvi dərsdə məktəbin direktoru və direktor müavini iştirak edirlər. Müəllim dərs prosesində daha hazırlıqlı şagirdlərlə sual-cavab edir. Digər şagirdlər isə bu prosesdən kənarda qalırlar”. Bu zaman ümumi pedaqoji tələblərdən hansının pozulmuş olur?
🟢 A) İnkişafyönümlülük
🟢 B) Şagirdyönümlülük
🟢 C) İnklüzivlik
🟢 D) Dəstəkləyici mühitin yaradılması
🟢 E) Pedaqoji prosesin tamlığı

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

🛑 3. “Sinifdə şagirdlərdən biri davamlı şəkildə digər iki yoldaşı tərəfindən incidilir. Müəllim bu halı müşahidə etdiyinə baxmayaraq heç bir tədbir görmür, düşünür ki, bu işlə məşğul olmaq vaxt itkisinə səbəb olacaq və əsas diqqətini dərsi keçməyə yönəldir”. Bu situasiya ilə bağlı verilənlərdən hansılar doğrudur? 🔹 1. Ümumi pedaqoji tələblərdən təhsildə bərabər imkanların yaradılması tələbi pozulmuşdur. 🔹 2. Müəllim təhsilalanı müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq vəzifəsini yerinə yetirmir. 🔹 3. Müəllim şərəf və ləyaqətinə hörmətlə yanaşmaq hüququndan istifadə etmir. 🔹 4. Ümumi pedaqoji tələblərdən fəaliyyətin stimullaşdırılması tələbi pozulmuşdur. 🔹 5. Ümumi pedaqoji tələblərdən dəstəkləyici mühitin yaradılması tələbi pozulmuşdur. 🔹 6. Müəllim təhsilalanı fiziki və psixi zorakılığın bütün formalarından qorumalıdır vəzifəsini yerinə yetirmir.
🟢 A) 1, 6
🟢 B) 3, 5
🟢 C) 2, 4
🟢 D) 5, 6
🟢 E) 1, 3

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

🛑 4. “Müəllim şagirdlərdə esse yazmağın strukturunu öyrətməyi hədəf qoyur və lövhədə beş fərqli mövzunun adını qeyd edərək şagirdlərə bildirir ki, hər kəs özünə maraqlı gələn mövzu haqqında esse yazsın”. Burada müəllim ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblərdən hansının tələbinə riayət etmiş olur?
🟢 A) Pedaqoji prosesin tamlığı
🟢 B) İnkişafyönümlülük
🟢 C) Təhsildə bərabər imkanlar
🟢 D) Dəstəkləyici mühitin yaradılması
🟢 E) Şəxsiyyətyönümlülük

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

🛑 5. “Müəllim KSQ keçirdikdən sonra nəticələri təhlil edib şagirdlərin hansı altstandartın tələblərini yerinə yetirməkdə çətinlik çəkdiklərini müəyyənləşdirir. Bu çətinlikləri aradan qaldırmaq üçün növbəti bölmədə həmin altstandartların tədrisini planlaşdırır”. Burada ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblərdən hansının gözlənilmişdir?
🟢 A) Pedaqoji prosesin tamlığı
🟢 B) Təhsildə bərabər imkanların yaradılması
🟢 C) İnklüzivlik
🟢 D) Şəxsiyyətyönümlülük
🟢 E) İnkişafyönümlülük

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

🛑 6. Aşağıdakılardan hansı pedaqoji prosesin tamlığına aid deyil?
🟢 A) Müəllim dərs müddətində şagirdləri inkişaf etdirmək üçün sual-cavaba vaxt ayırmaqdansansa, davamlı dərsi izah etməyə üstünlük verir.
🟢 B) Şagird bilir ki, bitkilərin qayğısına qalmaq vacibdir. Bunun üçün dibçəklərdəki gülləri sulayır və onları gün işığının düşdüyü yerə qoyur.
🟢 C) Müəllim dərsin öyrədici olması üçün dərsin əvvəlində məqsəd qoyur və dərs boyu məqsədə çatmaq üçün müxtəlif fəaliyyətlər edir.
🟢 D) Dərsin sonunda şagird yol hərəkəti qaydalarının insan həyatı üçün əhəmiyyətini dərk edir.
🟢 E) Şagirdlər bölmənin sonunda içməli suyun təbiətdəki rolu və həyatımızda suya qənaətin vacibliyini anlayırlar.

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 10 pts

🛑 7. “Müəllim şagirdlərə dövlət rəmzləri haqqında məlumatlar verir və hər bir Azərbaycan vətəndaşının bunları öyrənməsinin önəmli olduğunu aşılayır”. Bu situasiyada müəllim şagirdlərdə hansı səriştə formalaşdırır və pedaqoji prosesin təşkilinə verilmiş tələblərin hansını reallaşdırır?
🟢 A) Tənqidi təfəkkür / fəaliyyətin stimullaşdırılması
🟢 B) Rəqəmsal savadlılıq / şagirdyönümlülük
🟢 C) Milli kimliyin dərki / şəxsiyyətyönümlülük
🟢 D) Ünsiyyət / şagirdyönümlülük
🟢 E) İnformasiya savadlılığı / şagirdyönümlülük

Create a free account and access millions of resources

Create resources
Host any resource
Get auto-graded reports
or continue with
Microsoft
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?