... proqramlar konkret məsələlərin icrası üçün nəzərdə tutulmuş proqramlardır.

Proqram təminatı Variant 2

Quiz
•
Computers
•
University
•
Medium
Zarifa Hasanova
Used 1+ times
FREE Resource
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Sistem
İnstrumental
Antivirus
Xidməti
Tətbiqi
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Servis proqramlarının funksiyaları hansıdır?
müxtəlif formatlı rəsmlər yaradır və redaktə edir
istifadəçiyə əlavə xidmətlər göstərir və əməliyyat sistemlərinin imkanlarını genişləndiri
informasiyanı daxil və xaric edir
əlaqələndirilmiş fayllar qrupu yaradır
istifadəçinin məsələlərini həll edir
3.
OPEN ENDED QUESTION
3 mins • 1 pt
Yükləmə virusunun əsas xüsusiyyəti
Evaluate responses using AI:
OFF
Answer explanation
Yükləyici viruslar diskin yükləmə sektoruna və ya sərt diskin sistem yükləyici sektoruna yayılır.Disklərin yükləmə sektorunu zədələyir.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Müfəttiş tip antivirus proqramlarının əsas funksiyası nədir?
icra olunan proqram fayllarına, rezident proqramların yerləşdirilməsinə, diskin yükləyici sektoruna nəsarət edir, təhlükəli əməliyyatları izləyir.
əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir.
virusların aşkar edilməsinə və zərərsizləşməsinə imkan verir.
kataloqların, proqramların, sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir.
vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır.
5.
OPEN ENDED QUESTION
3 mins • 1 pt
Təhlükəli və Çox təhlükəli viruslar haqqında məlumat verin
Evaluate responses using AI:
OFF
Answer explanation
Təhlükəli viruslar isə kompüterin işində ciddi xətalara səbəb ola bilər. Çox təhlükəli virusların tətbiqi isə proqramların silinməsinə, verilənlərin ləğvinə və yaddaşın sistem sahəsində kompüterin işi üçün lazım olan mühüm informasiyanın silinməsinə gətirib çıxarır.
6.
OPEN ENDED QUESTION
3 mins • 1 pt
Ümumi təyinatlı TPP haqqında məlumat verin
Evaluate responses using AI:
OFF
Answer explanation
Ümumi təyinatlı TPP - istifadəçinin funksional məsələlərinin və İnformasiya sistemlərinin hazırlanması və istismarının avtomatlaşdırılması üçün təyin olunan universal proqram məhsuludur. Bu tip TPP-yə aşağıdakılar daxildir: - mətn və qrafiki redaktorlar - elektron cədvəllər - nəşriyyat sistemləri - tərcümə və lüğət proqramları - mühasibat proqramları - verilənlər bazasının idarəetmə sistemləri (VBİS) - inteqrallaşdırılmış paketlər - ekspert və süni intellekt sistemləri.
7.
OPEN ENDED QUESTION
3 mins • 1 pt
Qrafik redaktorlar haqqında məlumat verin
Evaluate responses using AI:
OFF
Answer explanation
Qrafik redaktorlar qrafiki sənədlərin (şəkillərin) emalı üçün nəzərdə tutulmuşdur. Ən sadə qrafiki redaktor Microsoft firmasının Paint redaktorudur. 1. Rastr redaktorları - Bu redaktorlarda minimal obyekt nöqtədir. Yəni, şəkil nöqtələrin kombinasiyasından təşkil olunur. Bu redaktorlarda təsvirlərin yaradılması üsulu məhduddur. Yəni, rastr redaktorlar təsvirlərin yaradılması üçün yox, redaktə olunması, onlara xüsusi effektlər verilməsi üçün nəzərdə tutulmuşdur. Rastr redaktorlarına misal olaraq Paint, Fanvision, Adobe Photoshop, Photo Styler, Picture Publisher, Corel Photo-Paint və s. kimi proqramları göstərmək olar. 2. Vektor redaktorları – qrafik verilənlərin təsvir olunma üsuludur. Bu redaktorlarda isə minimal obyekt kimi xətt götürülür. Vektor redaktorlar rastrdan fərqli olaraq təsvirlərin redaktəsi üçün deyil, yaradılması üçün nəzərdə tutulmuşdur. Bu cür yanaşma cizgi-qrafiki işlər üçün daha xarakterikdir. Ən geniş yayılmış vektor redaktorlara misal olaraq Adobe Illustrator, Corel Draw, Corel Photo İllustrator, Macromedia Freehand və s. kimi proqramları göstərmək olar. 3. Üçölçülü qrafika (fraktal kompüter qrafikası) - Bu proqramlara kompüterdə 3D qrafiklərin hazırlanması proqramları (3D redaktorlar) və avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD). 3D qrafikadan əsasən vizuallaşdırmada, kinomatoqrafiyada, televiziyada, kompüter oyunlarında və digər sahələrdə istifadə olunur. CAD sistemlərindən isə əsasən maşınqayırma, cihazqayırma, memarlıq sahələrində tətbiq edilir. Üçölçülü təsvirin alınması üçün aşağıdakı mərhələlər tələb olunur: •modelləşdirmə - səhnə və onun obyektlərinin riyazi modelinin yaradılması; •renderinq - seçilən fiziki modelə uyğun proyeksiyanın qurulması. Üçölçülü modelləşdirmənin əsas məsələsi işıq mənbəyinin, kürə, kub, konus və s. formalı, maye qaz və s. halında olan obyektlərin təsviri və onların səhnədə yerləşdirilməsidir. İkinci mərhələdə riyazi model müstəvi şəkilə çevrilir. Renderinq verilənlərin üçölçülü vektor strukturunu müstəvi piksellər matrisinə çevirir. Üçölçülü qrafikanın emalına imkan verən, yəni virtual obyektləri modelləşdirən və onların əsasında təsvirin modelini yaradan proqram vasitələri çox müxtəlifdir. Son zamanlar bu sahədə lider olan kommersiya məqsədli məhsullara Autodesk 3D Studio Max, Maya, Newtek Lightwave, Softimage XSL, Rhinoceros 3D, Cinema 4D və ZBrush-u misal göstərmək olar.
8.
OPEN ENDED QUESTION
3 mins • 1 pt
Proqramlaşdırma sistemləri ( translyator,İnterpretator,Kompilyator) haqqında məlumat verin
Evaluate responses using AI:
OFF
Answer explanation
Proqramlaşdırma sistemləri. Proqramlaşdırma sistemləri proqramlaşdırma dillərində işləməyi təmin edirlər. Buraya proqramlaşdırma dilləri, həmin dillərdə proqramları kompüter dilinə çevirən translyatorlar (çevirici proqramlar) və s. daxildir. Kompüter dili bilavasitə kompüterin “başa düşdüyü” kodlarda ifadə olunmuş əmrlərdən təşkil olunur. Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət olur. Bu əmrlər kifayət qədər sadə olub, verilənlər üzərində müəyyən əməliyyatları (toplama, çıxma, bölmə, müqayisə, köçürmə və s.) yerinə yetirirlər. Proqramlaşdırma dillərində yazılmış proqram (ilkin proqram) sonradan kompüter dilinə çevrilir, sazlanır və icra olunur. Kompüter dilindəki proqrama işçi və ya mütləq proqram deyilir. İlkin proqramı işçi proqrama çevirmək üçün translyator adlanan xüsusi proqramlardan istifadə edilir. 56 Yuxarıda qeyd etdiyimiz kimi, kompüter yalnız maşın dilində işlədiyi üçün, proqramlaşdırma dilində yazılmış proqramı maşın dilinə çevirmək lazımdır. Bu məqsədlə translyator adlanan proqramlar kompleksindən istifadə edilir. Funksional təyinatından asılı olaraq translyator üç cür ola bilər: interpretator, kompilyator, assembler. Onlar arasında fərq çevrilən proqramın mətninin müxtəlif üsulla emal olunmasıdır. İnterpretator ilkin proqramın cümlələrini operatorlarını bir-bir təhlil edib, kompüter dilinə çevirir və icra edir. Növbəti operatorun emalından sonra o birisinə keçilir. Bu üsulla proqramın kompüter dilinə çevrilməsi və icrası ləng gedir. Ona görə də translyasiyanın bu üsulu səmərəli deyil. Lakin interpretator proqramın sazlanması üçün əlverişlidir. İnterpretator proqramı istənilən operatordan başlayaraq emal etməyə və proqramın icrası zamanı dəyişənlərin aldıqları qiymətləri yoxlamağa imkan verir. Kompilyator interpretatordan fərqli olaraq, ilkin proqramı bütövlükdə maşın dilinə çevirir. Proqramda morfoloji və sintaktik səhvlər olarsa, onları aşkar edib istifadəçiyə xəbər verir. Assembler - assembler dilindəki proqramı kompüter dilinə çevirən proqramdır
Similar Resources on Quizizz
10 questions
Data Visualization with Power BI

Quiz
•
University
10 questions
Blockchain

Quiz
•
University
10 questions
Kompüterin proqram təminatı

Quiz
•
University
10 questions
RIM 3B

Quiz
•
University
10 questions
M2_Simsiz Şəbəkələr üzrə Quiz

Quiz
•
University
10 questions
347.20 Variant II

Quiz
•
University
11 questions
komputer arxitekturasi

Quiz
•
University
10 questions
Viruslar

Quiz
•
University
Popular Resources on Quizizz
15 questions
Multiplication Facts

Quiz
•
4th Grade
20 questions
Math Review - Grade 6

Quiz
•
6th Grade
20 questions
math review

Quiz
•
4th Grade
5 questions
capitalization in sentences

Quiz
•
5th - 8th Grade
10 questions
Juneteenth History and Significance

Interactive video
•
5th - 8th Grade
15 questions
Adding and Subtracting Fractions

Quiz
•
5th Grade
10 questions
R2H Day One Internship Expectation Review Guidelines

Quiz
•
Professional Development
12 questions
Dividing Fractions

Quiz
•
6th Grade